Oktyabrın 18-nə keçən gecə və bu gün səhər Azərbaycan və Erməni ordularının Qarabağda və sərhədboyu məntəqələrdə qarşıdurması əsasən artilleriya döyüşü xarakteri daşımışdır. Dünən axşam Qazax rayonunun Fərəhli kəndi Ermənistan ərazisindən atəşə tutulmuşdur. Füzuli bölgəsində yerləşən qoşunlarımız Martuni istiqamətində düşmənin cəmləşmələrinə top atəşi açmışdır. Yuxarı Veysəlli kəndi yaxınlığında ermənilərin xeyli canlı qüvvəsi və 1 tankı məhv edilib. Uryandağ və Peykəndağ yüksəklikləri ətrafında da atışmalar qeydə alınıb.
Ötən gecə Sırxavənd – Baş Güneypəyə istiqamətində erməni birləşmələri bir qədər fəallaşıb. Düşməni geri oturtmaq məqsədilə lazımi tədbirlər görülüb. Döyüşçülərimiz tərəfindən daha bir təpə ələ keçirilib.
Digər münaqişə bölgələrində əsasən sakitlik olub.