Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Döyüş bölgələrində dünən axşam və ötən gecə əsasən sakit keçib. Yalnız bəzi yerlərdə atışmalar fasilələrlə sakitliyi pozub. Axşam 18:30-dan başlayaraq Zəngilan rayonunun Seyidlər, Qazançı və Ağkənd məntəqələri Qafan istiqamətindən ağır və yüngül silahlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb və atışma gecə saat 2-dək davam edib. Gecə saat 1 radələrində Ağstafa rayonunun Köhnəqışlaq kəndinə Paravakar istiqamətindən minaatanlardan atəş açılıb. Eyni zamanda Cəbrayıl rayonunun Qışlaq və Quşçular gözətçi məntəqələri də atıcı silahlardan atəşə tutulub. Hər iki halda erməni mövqelərinə cavab atəşi açılıb və düşmənin atəş nöqtələri susdurulub.