Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 1992 23:01

Müdafiə Nazirliyinin məlumatı

Bir neçə gün əvvəl Alma-Atada əldə edilmiş razılaşmaya əsasən bu gün, sentyabrın 1-dən etibarən Azərbaycan-Ermənistan münaqişə zonası boyu dünya ictimaiyyətinə atəşin dayandırılması elan edilmişdir. Lakin cəbhədən aldığımız xəbərlər göstərir ki, erməni tərəfi heç də atəşi kəsmək sazişinə riayət etmək fikrində deyil.
Dünən axşam və bu gün, sentyabrın 1-də, bütün gecə və səhər erməni ordusu Füzuli, Cəbrayıl və Qubadlı şəhərlərini hədəf seçərək dinc əhalinin başına “Qrad” və artilleriya mərmilərini yağdırmaqla məşğul olub. 2 dinc sakin həlak olub, 23 mülkü şəxs yaralanıb. Dağıntı var, 8 ədəd avtomaşın tam sıradan çıxarılıb.
Sentyabrın 1-nə keçən gecə Cəbrayıl rayonunun Qışlaq və Süleymanlı, Tovuz rayonunun Ağdam və Hacalı kəndləri də toplardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan güclü atəşə məruz qalıb. Xoşbəxtlikdən buralarda təlafat olmayıb.