Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Tovuz - sentyabrın 1-nə keçən gecə, səhər saat 6-ya qədər rayonunun Ağdam, Hacıalı və Ağköynək kəndləri qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub. Təlafat olmayıb.
Gədəbəy - sentyabrın 1-nə keçən gecə səhərə qədər Mutudərə və Mormor kəndləri müxtəlif təyinatlı silahlardan güclü atəşə tutulub. Ermənilər “Qrad” qurğularından, top, tank və helikopterlərdən istifadə edərək hücuma keçmişlər. Məqsəd sərhəd zonasında yerləşən hakim yüksəklikləri almaqdır.
Qubadlı – rayon mərkəzi üç tərəfdən atəşə tutulub. Şəhərə 4 mərmi düşüb. Gorus-Dığ istiqamətində hərbi sursatla dolu 40 maşın toplaşıb.
Ağdərə - Orta və Baş Güneypəyə kəndləri Sırxavənd tərəfdən “Qrad” qurğularından atəşə tutulub.
Ağdam – Abdal və Gülablı kəndləri Dəhrəz və Kətik istiqamətindən atəşə tutulub.
Füzuli – avqustun 31-də saat 18-dən başlayaraq sentyabrın 1-i saat 3-ə qədər Füzuli şəhəri Hadrut istiqamətindən “Qrad” qurğularından və toplardan atəşə tutulub. Təlafat olmayıb.
Cəbrayıl - avqustun 31-də saat 17-dən başlayaraq saat 23-ə qədər şəhər Hadrutun Şaqax kəndindən “Qrad” və toplardan güclü atəşə tutulub. 2 nəfər həlak olub, 23 nəfər yaralanıb. Hamısı mülki şəxslərdir. Dağıntı var. 8 ədəd avtomaşın tam sıradan çıxdı. Həmin vaxt Sur, Qışlaq, Süleymanlı kəndləri atəşə tutulub.
Qazax, Ağstafa, Zəngilan və Naxçıvanda sakitlik olub.