Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Tovuz - Sentyabrın 1-nə keçən gecə, səhər saat 6-ya qədər rayonunun Ağdam, Hacıalı və Ağköynək kəndləri qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub. Təlafat olmayıb.
Qazax – Sakitlikdir.
Ağstafa - Sakitlikdir.
Qubadlı - Sentyabrın 1-nə keçən gecə saat 3-də Qubadlı şəhərinə Ermənistan tərəfdən üç mərmi atılıb.
Zəngilan - Sakitlikdir.
Gədəbəy – Sərhəd zolağı boyunca atışma olub. Təlafat olmayıb.
Füzuli – Avqustun 31-də saat 18-dən başlayaraq sentyabrın 1-i saat 3-ə qədər Füzuli şəhəri Hadrut istiqamətindən “Qrad” tipli qurğulardan və toplardan atəşə tutulub. Təlafat yoxdur.
Cəbrayıl – Avqustun 31-də saat 17-dən başlayaraq saat 23-ə qədər Cəbrayıl şəhəri Hadrutun Şaqax kəndi istiqamətindən “Qrad” tipli qurğulardan, toplardan güclü atəşə tutulub. 2 nəfər həlak olub, 23 nəfər yaralanıb. Hamısı mülki şəxslərdir. 8 ədəd avtomaşın  tam sıradan çıxıb. Dağıntı var. Həmin vaxt Sur, Qışlaq, Süleymanlı kəndləri atəşə tutulub.
Kəlbəcər – Koçoqot ətrafında döyüşlər davam edir.
Ağdam – Hücum əməliyyatları davam edir. Gecə nisbi sakitlik olub.
Tərtər - Vəziyyət və mövqelərimiz dəyişməyib.
Naxçıvan – Sakitlikdir.