Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 1992 16:30

Müdafiə Nazirliyinin məlumatı

QAZAX - Rayonun Fərəhli, Cəfərli kəndləri istiqamətində ermənilər qüvvə cəmləşdirirlər.
AĞSTAFA - Qanlı Qaya istiqamətindəki mövqelərimiz gecə saat 2:40-da atəşə tutulub. 1 nəfər yaralanıb.
TOVUZ - Əlibəyli istiqamətində ermənilər qüvvə cəmləşdirirlər.
GƏDƏBƏY Mutudərə, Mormor kəndləri Ermənistanın Krasnoselsk rayonu ərazisindən fasiləsiz olaraq atəşə tutulur.
KƏLBƏCƏR - Hələ də dəyişiklik yoxdur.
TƏRTƏR - Böyük və Kiçik Poqosomer kəndləri tam təmizlənmiş, hazırda Çıldıranın içərisində döyüşlər gedir.
AĞDAM - Eyni vaxtda Çıldıran, Baş Güneypəyə və Sırxavənd uğrunda döyüşlər gedir. Ön mövqelərimiz arabir atəşə tutulur.
FÜZULİ - Saat 12:50-də Bulutani istiqamətindən Zərgərli postu “Qrad” qurğularından atəşə tutulub. Tələfat yoxdur.
CƏBRAYIL - Sakitlikdir.
QUBADLI - Sakitlikdir.
NAXÇIVAN - Sakitlikdir.