Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

QAZAX (16:47) - Saat 8:00-dan 14:00-dək Quşçu Ayrım və Fərəhli kəndləri Ermənistan ərazisindən avtomat və pulemyotlardan atəşə tutulub.
AĞSTAFA (16:12) - Qanlı Qayadakı gözətçi məntəqələri qısa fasilələrlə avtomat və pulemyotlardan atəşə tutulur. (Bəzən toplardan).
TOVUZ (16:20) - Sakitlikdir.
GƏDƏBƏY (16:05) - Sakitlikdir. Mormor-Mutudərə istiqamətindəki gözətçi məntəqələri qısa fasilələrlə atəşə tutulur.
KƏLBƏCƏR (16:45) - Banklu əməliyyatı baş tutmadı. 7 nəfər həlak olub. 12 nəfər yaralanıb. Ermənistanla sərhəddə sakitlikdir.
QUBADLI (16:35) - Sakitlikdir.  
ZƏNGİLAN (16:25) - Sakitlikdir.
NAXÇIVAN MR (16:53) - Sədərək qəsəbəsi ara-sıra avtomat, pulemyot və snayperlərdən atəşə tutulur.
TƏRTƏR (16:40-18:30) - Kiçik Çıldıranı tutmuşuq, bütövlükdə Çıldıran uğrunda gərgin döyüşlər gedir.
AĞDAM (17:10) - Sırxavənd və Çıldıran ətrafında gərgin döyüşlər gedir. Ölən və yaralananlar var, dəqiqləşdiririk.
FÜZULİ (16:37) - Sakitlikdir.
CƏBRAYIL (16:23) - Sakitlikdir.