Azərbaycan-Ermənistan münaqişə zonasında atəşin dayandırılması haqqında sazişə düşmən tərəfin əməl edəcəyinə etibar etməyən döyüşçülərimiz öz sayıqlıqlarını bir an da olsun itirmirlər. Düşmənin bütün cəhdlərinə layiqli cavab verilir. Hərbi təşəbbüs əvvəlki kimi ordumuzun əlindədir.
Vəziyyətin nisbətən sabitləşməsinə baxmayaraq düşmən mövqelərimizi atəşə tutmaq üçün hər bir imkandan istifadə edir. Sentyabrın 3-nə keçən gecə Qubadlı rayonunun mərkəzi Gorus rayonunun Şurnux kəndi istiqamətindən “Kristal” və “Qrad” tipli qurğulardan atəşə tutulub. Həmin gecə Naxçıvan Muxtar Respublikasının Batabat məntəqəsi Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Digər münaqişə bölgələrində sakitlikdir.