Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 1992 18:01

Müdafiə Nazirliyinin məlumatı

QAZAX - Sakitlikdir.
AĞSTAFA - Sakitlikdir.
TOVUZ - Ermənilər sərhəd boyunca qüvvə yığırlar.
GƏDƏBƏY - Sakitlikdir.  
KƏLBƏCƏR - Sakitlikdir.
QUBADLI - Sakitlikdir.
ZƏNGİLAN - Sakitlikdir.
NAXÇIVAN - Sədərək qəsəbəsi ara-sıra atəşə tutulur.
TƏRTƏR - Çıldıran ətrafında döyüşlər gedir.
FÜZULİ - Divanalılar kəndi Tuğ, Çartaz, Maçkalaşen, Şexer kəndləri istiqamətindən tanklardan və “Qrad” qurğularından atəşə tutulur. Cavab atəşi ilə düşmənin 2 atəş nöqtəsi susdurulub. Kənd sakinlərindən 5 nəfəri yaralanıb.
CƏBRAYIL - Sakitlikdir.
AĞDAM - Saat 04:00-dan başlayaraq ermənilər Abdal, Gülablı, Mərzili, Şıxbabalı, Muğanlı, Şelli, Qasımlı kəndlərinə geniş hücuma keçiblər. Saat 08:00 radələrində Abdal və Gülablı kəndləri ermənilərin əlinə keçib. Kəndi yandırıblar. Rayonun bütün ərazisi atəşə tutulur. Hər tərəf yanır. 12 nəfər həlak olub, 30-dan çox yaralanan var. Gülablıda 100-dən çox adam mühasirədədir. Üç gündür ki, Bakıyla və başqa rayonlarla rabitə kəsilib. Ermənilərin Əsgərandan Xramorta hücumunu dəf etmişik, indi Fərrux və Xanabad istiqamətindən hücum edirlər. Ermənilərin 1 tankını və xeyli piyadasını məhv etmişik. 2 yaralımız var. Abdal, Gülablını ermənilər tutublar. Abdal, Gülablını ermənilər alıblar, tədbir görürük. Mühasirə söhbəti yalandır. Ermənilər Xramortu alıblar. Əlimədətli və Əliağalıya hücuma keçiblər. Gülablıda mahsirədə olanlar mayor Sabir Abbasovun əsgərləridir (h/h 836) Xramortu ermənilər tutmayıb.  Gülablı mahsirəsi barədə məlumatım yoxdur. Əlavə 5 nəfər yaralımız var. Xramortu tutmayıb ermənilər. Gülablıda heç kim mahsirəyə düşməyib. Mərmi çatışmır.