Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

QAZAX - Sakitlikdir.
AĞSTAFA - Sakitlikdir.
TOVUZ - Sakitlikdir.
GƏDƏBƏY - Dünən saat 17-18 radələrində Ermənistan ərazisindən Mutudərə kəndi yüngül silahlardan atəşə tutulub.
KƏLBƏCƏR - Vəng uğrunda döyüşlər gedir, Cənub (Laçın) tərəfdə sakitlikdir.
QUBADLI - Sakitlikdir.
ZƏNGİLAN - Nisbi sakitlikdir.
TƏRTƏR - Heç bir yenilik yoxdur.
CƏBRAYIL - Sakitlikdir.
FÜZULİ - Səhər saat 5-dən başlayaraq Dördlər, Yuxarı Dilağarda, Veysəlli, Divanalılar kəndləri intensiv top atəşinə tutulur. Cavab atəşi ilə birinci üç kəndi atəşə tutan düşmən mövqeləri susdurulur. Divanalılar kəndi hal-hazırda atəşə tutulur.
Saat 20:30-dan başlayaraq Füzuli şəhəri Tuğ, Salakətin, Çartaz məntəqələri istiqamətindən toplardan və BM-21-dən atəşə tutulur. Füzuli şəhərinin yaxınlığındakı Dövlətyarlı kəndində iki ev dağıdılıb. Tələfat yoxdur. Cavab atəşi ilə düşmən susdurulub.
AĞDAM - Avdur, Norşen, Qarakənd istiqamətindən Ağdamın Abdal,  Gülablı kəndlərinə ermənilər hücuma keçiblər. Düşmən güclü texnikadan, top və tanklardan istifadə edir. Vəziyyət gərgindir.
NAXÇIVAN - Axşam saat 20-dən başlayaraq Sədərək qəsəbəsi yüngül silahlardan atəşə tutulub. Bu gün səhərdən sakitlikdir.