Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

QAZAX - Quşçu Ayrım, Vəlixan, Məzəm, Bala Cəfərli kəndləri hər axşamüstü avtomat və pulemyotlardan atəşə tutulur.

AĞSTAFA - Gecə saat 01:00 radələrində Qanlıdərə tərəfdə atışma olub. Cavabların vermişik.

TOVUZ - Bütün gecə səhər saat 09:00-dək Ağdam kəndi müxtəlif silah növlərindən atəşə tutulub. 2 nəfər yaralanıb. Necə lazımdır cavab vermişik.

GƏDƏBƏY - Ermənilər Mormor, Mutudərə, Novoivanovka istiqamətində 3 dəfə hücum etmiş, lakin böyük itki verərək geri çəkilmişlər. 2 döyüşçümüz yaralanıb.

KƏLBƏCƏR - Sakitlikdir.

ZƏNGİLAN - Sakitlikdir.

QUBADLI - Sakitlikdir.

LAÇIN - Gündüz Suarası, Xanalar minaatanlardan atəşə tutulub. Cavab vermişik. Keçən gecə Şuşadan 60 müxtəlif texnika növü Laçına gəldi. Onlardan 10-15-i Şuşaya qayıtdı, qalanı Gorusa getdi. Toxunmadıq.

NAXÇIVAN - Sakitlikdir.

TƏRTƏR - Dəyişiklik yoxdur.

FÜZULİ - Sakitlikdir.

CƏBRAYIL Sakitlikdir.

AĞDAM - Dəyişiklik yoxdur. Vəziyyət gərgindir. Abdal, Gülablı, Xramort və eyni zamanda şm. qərbdə Çıldıran ətrafında döyüşlər gedir.  Aranzəmin və Pircamal artıq azad olunub.
 Xramort, Aranzəmin, Pircamal bizdədir. Ermənilərin 2 tankını vurmuşuq. Gərgin döyüşlər gedir.
 Dünən 2 şəhid, 36 yaralı olub. Bu gün isə 6 şəhid, 51 (31-i ağır) yaralı olub. (Ölənlərin 5-ni qospitala gətirirlər). Əsas döyüşlər indi Abdalda gedir. Gələn yaralıların əhval-ruhiyyəsi ümidvericidir.