Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

QAZAX - Sakitlikdir.
AĞSTAFA - Qanlıdərə sahəsində ermənilər iki  dəfə mövqelərimizə həmlə etmək istəmiş, lakin geri oturdulmuşlar. Alikin hərbi polis dəstəsi Gürcüstana qeyri qanuni yolla aparılan 65 ton (14 maşın) benzini saxlamışlar.
TOVUZ - 22-dək Ağdam kəndi, 4-dək isə Əlibəyli kəndi bütün silahlardan atəşə tutulmuşdur. 2 nəfər yaralanıb.  
GƏDƏBƏY - Saat 3-4 arasında sərhəd mövqelərimiz atəşə tutulub. Tələfat yoxdur.   
ZƏNGİLAN - Saat 20:00-21:00 Qazançı kəndi pulemyot, qumbaraatan və toplardan atəşə tutulub. Tələfat yoxdur.  
QUBADLI - Saat 18:45-dən 02:35 arasında Şuşadan Gorusa təxminən 120 maşından ibarət maşın karvanı keçib. Saat 17:00-21:00 arasında Laçın rayonunun Xanlar kəndi ətrafındakı döyüşdə Qubadlı briqadasının döyüşçüləri ermənilərin 1 tankını, 2 PDM-ni və 2 vzvodluq piyadasını məhv edib.
LAÇIN - Sentyabrın 4-də 18:00-19:00 radələrində Aşağı Fərəcan kəndi avtomat və pulemyotlardan atəşə tutulub. Tələfat yoxdur.      
KƏLBƏCƏR - Laçın istiqamətindən məlumat yoxdur. Ermənistanla sərhəddə və Ağdərədə sakitlikdir.
NAXÇIVAN - Sədərək qəsəbəsi fasilələrlə, Şahbuz rayonunun Şada qəsəbəsi gecə saat 01:00 radələrində Ermənistan ərazisindən atəşə tutulub.
TƏRTƏR - Çıldıran ətrafında döyüşlər gedir.
FÜZULİ - Sakitlikdir. Dünənki atəşdən sonra Qacar kəndində 12 yaşlı bir qız həlak olmuş, 4 nəfər yaralanıb.
CƏBRAYIL - Sentyabrın 4-də Şişdağ tərəfdə 1 erməni öldürmüşük.
AĞDAM - Erməniər bütün sərhəs boyunca hücuma keçiblər. Abdal, Gülablı, Aranzəmin, Pircamal, Naxçıvanik ermənilərin əlindədir. Xramorta da giriblər. Ağır döyüşlər gedir.