Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Qarabağın şərqində 3 gündür ki, şiddətli döyüşlər gedir. Dünən Azərbaycan Orusunun əks-hücumu nəticəsində Xramort, Pircamal və Aranzəmin kəndlərinin azad edilməsini xəbər verdik. Lakin bu gün düşmən ehtiyat qüvvələrindən, o cümlədən tanklardan və vertolyotlardan istifadə edərək yenidən Pircamal və Aranzəmin kəndlərini zəbt etmişlər. Xramort kəndinə isə ermənilər 3 istiqamətdən həmlə ediblər. Burada yerləşən Silahlı Qüvvələrimizin bölmələri düşmənin qarşısını alıb, kəndi özündə saxlaya biliblər. Ağdam cəbhəsində döyüşlər davam edir. Bu əsnada üç erməni tankı vurulub sıradan çıxarılmış, düşmən canlı qüvvə sarıdan xeyli itki vermişdir. Biz tərəfdən də itkilər olub.  
Qarabağın şimalında isə Azərbaycan Silahlı Qüvvələrinin hissələri Ağdərə rayonunun Çıldıran kəndini azad etməkdən ötrü döyüşlər aparır. Qarabağın dağlıq hissəsindən əhalinin Ermənistana köçməsi kütləvi xarakter alıb. Dünən gecə daha bir maşın karvanı Laçından Gorusa keçib. Laçın zonasının cənubunda döyüşən ordumuzun hissələri irəliyə hərəkət edərək Ermənistan ərazisindən hücumu qabaqlayan atəşlə qarşılaşıblar. Cavab atəşi ilə ermənilərin bir topu məhv edilib.
Sentyabrın 6-na keçən gecə Füzuli rayonunun ərazisi Qarabağdakı erməni mövqelərindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Ötən gecə və bu gün Azərbaycan-Ermənistan sərhədində nisbətən sakit keçıb. Zəngilan və Gədəbəy rayonunun ərazisi, eləcədə Naxçıvanın Sədərək qəsəbəsi yüngül silahlardan ara-sıra atəşə tutulub. Dünən Sədərəkdə əsgərlərimizdən iki nəfəri yaralanmışdır.