Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 7-nə keçən gecə səhərədək bütün sərhəd boyu kəndlərimiz avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tutulub.

TOVUZ

Sentyabrın 7-nə keçən gecə Ağdam və Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

AĞSTAFA

Köhnə Qışlaq kəndi  avtomat və pulemyotlardan atəşə tutulub. 1 nəfər yaralanıb.

GƏDƏBƏY

Sentyabrın 7-də səhər saat 8-dən başlayaraq İvanovka kəndinin yaxınlığındakı  sərhəd məntəqəsi güclü atəşə tutulub.

ZƏNGİLAN

Sentyabrın 7-nə keçən gecə səhərədək Qazançı, Seyidlər, Ağkənd kəndləri müxtəlif növ silahlardan atəşə tutulub. Seyidlər kəndində 1 ev yandırılıb.

QUBADLI

Sentyabrın 7-nə keçən gecə saat 3-ə qədər Gorus istiqamətində ermənilərin Laçın dəhlizi vasitəsilə hərbi sursat və silah keçirməyi boşa çıxıb. Döyüş nəticəsində ermənilər xeyli itki verərək geri çəkilib. 1 nəfər yaralanıb.

AĞDAM

 Bütün gecəni Ağdam cəbhəsinin bütün sahələri güclü atəşə tutulub. Rayonun Şelli kəndi Xanabad istiqamətində atəşə tutulub. Manikli-Sırxavənddən atəşə tutulub.  Naxçıvanik, Əsgəran, Qarakənd, Sırxavənd, Çıldıran kəndlərində düşmənin canlı qüvvəsi və texnikası cəmləşir.

 
CƏBRAYIL

Sentyabrın 7-nə keçən gecə saat 08:30-dan başlayaraq Qaracallı kəndi  tanklardan atəşə tutulub. İtki yoxdur.

TƏRTƏR

 Çıldıran ətrafında döyüşlər davam edir.


NAXÇIVAN

Sentyabrın 7-nə keçən gecə Sədərək qəsəbəsi ara-sıra atəşə tutulub.


FÜZULİ

Əməliyyat davam edir.