AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
AĞDAM
Səhər saat 09:00-dan sonra Ağdam şəhərinə “Qrad” qurğularından atəş açılıb. Dağıntı var. Bütün cəbhə boyu atışma gedir. Qarakənd-Əsgəran istiqamətində düşmənin qüvvə toplaması müşahidə olunur.
TƏRTƏR
Çıldıran uğrunda döyüş gedir.
AĞSTAFA
Köhnə Qışlaq kəndi arabir atəşə tutulub. 4 nəfər yaralanıb.
Naxçivan MR və Cəbrayıl bölgəsilə əlaqə yoxdur.
Tovuz, Qazax, Gədəbəy, Kəlbəcər, Zəngilan, Qubadlı, Füzuli bölgələrində sakitlikdir.