Ağdərə rayonunun erməni quldur dəstələrindən təmizlənməsi uğrunda Azərbaycan Silahlı Qüvvələrinin apardığı hərbi əməliyyatlar müvəffəqiyyətlə davam edir. Son 1 gün ərzində gedən döyüşlər nəticəsində Çıldıran ətrafında bütün strateji yüksəkliklərlə keçirilib və buradakı mövqelərimiz möhkəmləndirilib. Hazırda Çıldıran kəndinə tam nəzarət olunur. Döyüşlər zamanı düşmənin 2 tankı, 3 PDM və 80-dən cox əsgəri məhv edilib. Bizimkilərdən 2 nəfər şəhid olub, 7 nəfər yaralanıb.
Sentyabrın 11-nə keçən gecə Ağdam bölgəsindəki bütün postlarımız ara-sıra atəşə tutulub. Döyüşçülərimiz düşmənə cavab atəşi açıblar.
Azərbaycan dövlət sərhədinin Ermənistan tərəfindən pozulması ara vermir. Dünən axşam qaranlıqdan istifadə edərək Gorusdan Şuşa istiqamətində maşın karvanı keçirmək istəyiblər. Qubadlı bölgəsindəki topçularımız sərrast atəşlə bu karvanı darmadağın ediblər.
Bu gün səhər tezdən Tovuz rayonunun Əlibəyli kəndi avtomat və pulemyotlardan atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.