Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 1992 10:01

Müdafiə Nazirliyinin məlumatı

GƏDƏBƏY

Dünən saat 16:19 radələrində ara-sıra atışma olub.

TOVUZ

Sakitlikdir.

AĞSTAFA

Sakitlikdir.

QAZAX

Əlaqə yoxdur.

QUBADLI

Ötən gecə Gorus istiqamətindən sərhəd kəndlərimiz  ara-sıra atəşə tutulub.

ZƏNGİLAN

Sakitlikdir.

NAXÇIVAN

Ötən gecə Sədərək qəsəbəsi və Şahbuz rayonunun Batabat məntəqəsi ara-sıra atəşə tutulub.

KƏLBƏCƏR

Ermənilərin Vaquaz kəndinə Vanqlu istiqamətindən hücumu dəf olunub. Lakin atışma davam edir. Biz müdafiə olunuruq. Son 3 gün ərzində 6 nəfər həlak olub, 12 nəfər yaralanıb.  

AĞDAM

 Gecə nisbi sakitlik olub. Ara-sıra  atışmalar gedir.

FÜZULİ

Saat 13:30-da Hadrut istiqamətindən bizim topçular ermənilərin 1 tankını və 15-ə qədər canlı qüvvəsini məhv edib. Saat 18:15-də Yuxarı Veysəlli istiqamətindən ermənilər bizim gözətçi məntəqələrini toplardan və miaatanlardan atəşə tutub. Cavab atəşilə düşmən susdurulub.  
 
AĞDƏRƏ

Səhər saat 7:20-də Drambon istiqamətində ermənilər müxtəlif təyinatlı silahlardan atəş açıblar. Ermənilərin texnikası cəmlənir.

CƏBRAYIL

Sentyabrın 11-də saat 1-dən Surx gözətçi məntəqəsi atəşə tutulub. Bir nəfər yaralanıb.

QUBADLI

Laçın dəhlizi istiqamətində bizimkilər hücuma keçiblər. Dörd kənd ermənilərdən azad edilib. 5 nəfər həlak olub, 10 nəfərə qədər yaralanıb.

LAÇIN

Laçın poliqonu uğrunda döyüşlər gedir.

ZƏNGİLAN

Bu gün səhərdən Seyidlər kəndi Qafan istiqamətindən müxtəlif silahlardan güclü atəşə tutulub. Bir neçə ev yanıb. Qazançı kəndi gün ərzində ara-sıra atəşə tutulub.

KƏLBƏCƏR

Vəngdən Ketavan və Vaquaz kəndləri atəşə tutulur.

CƏBRAYIL

Gün ərzində Qışlaq kəndi Hadrut-Şaqax istiqamətindən müxtəlif növ silahlardan atəşə tutulub. Kənddə bir neçə ev yanıb.

AĞDAM

Nisbi sakitlikdir. Əsgəran  istiqamətində ermənilərin texnikası müşahidə olunur.
 
FÜZULİ

Sakitlikdir.

Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Naxçıvan bölgələrində sakitlikdir.