Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan ekspedisiya korpusunun Ağdam cəbhəsindəki hücumunun qarşısı alınıb. Hazırda bu istiqamətdə ara-sıra atışmalar gedir. Son vaxtlar ermənilər Qarabağın şimalında və cənubunda öz qüvvələrini cəmləşdirirlər. Dünən axşam Füzuli şəhəri Düdükçü istiqamətindən tanklardan atəşə məruz qalıb. Qarabağın cənubundakı digər mövqelərimiz də müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Nəticədə 6 nəfər yaralanıb. İgid döyüşçülərimiz düşmənə layiqli cavab verirlər. Topçularımız Hadrut yaxınlığında düşmənin 1 tankını və xeyli canlı qüvvəsini məhv ediblər.
Ermənilər Qarabağın şimalında-Drmbon ətrafındakı mövqelərimizi atəşə tutublar. Düşmənin Vəngli istiqamətindən Vaquaz kəndinə hücumunun qarşısı igid döyüşçülərimiz tərəfindən alınıb.
Sərhəd bölgəsində sakitlik yenə də pozulur. Dünən axşam Gədəbəyin sərhəd məntəqələri, ötən gecə isə Qubadlı rayonunun sərhəd kəndləri, Naxçıvan MR-nın Sədərək qəsəbəsi və Şahbuz rayonunun Batabat qəsəbəsi Ermənistan ərazisindən ara-sıra atəşə tutulub.
Digər münaqişə zonalarında nisbi sakitlikdir.