Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 1992 17:01

Müdafiə Nazirliyinin məlumatı

Ağdam bölgəsində dünən axşam və gecə ermənilər Xanabad istiqamətindən rayonun ərazisini atəşə tutublar. Dağıntı var. Postlarda yüngül silahlardan ara-sıra atəşmalar olub. Ağdərə bölgəsində gecə sakit keçib, mövqe döyüşləri gedir. Bizim döyüşçülərimiz öz mövqelərində möhkəm dayanıblar.
Azərbaycan Silahlı Qüvvələrinin Qubadlı bölmələri dünən axşam Laçın istiqamətində hərbi əməliyyatı keçiriblər. Nəticədə düşmənin xeyli canlı qüvvəsi qırılıb.
Cəbrayıl rayonunun Qışlaq və Süleymanlı kəndləri, Gədəbəy rayonunun Mutudərə kəndi, Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi və Batabat məntəqəsi atəşə tutulub.
Zəngilan, Füzuli, Kəlbəcər, Tovuz, Ağstafa, Qazax rayonlarında gecə nisbi sakit keçib.