Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 1992 17:00

Müdafiə Nazirliyinin məlumatı

Gün ərzində Qarabağda və sərhəd bölgələrində vəziyyət dəyişməmişdir. Ağdərə bölgəsində əsasən mövqe döyüşləri gedir. Erməni quldur dəstələrinin Mehmanə kəndi istiqamətindəki hücumunun qarşısı igid döyüşçülərimiz tərəfindən alınıb.
Ağdam cəbhəsində gərginlik qalmaqdadır. Dünən axşam və ötən gecə Ağdam rayonunun ərazisi Xanabad kəndi istiqamətindən atəşə tutulub. Dağıntı var. Bəzi yerlərdə ara-sıra atışmalar olub.
Dünən axşam ordumuzun Qubadlı bölgəsindəki hissələri Laçın rayonu istiqamətində kəşfiyyat xarakterli hücum əməliyyatı aparıblar. Bu əməliyyat nəticəsində düşmənin xeyli canlı qüvvəsi məhv edilib.
 Cəbrayıl rayonunun Qışlaq, Süleymanlı kəndləri, Quşçular məntəqəsi, Gədəbəyin Mutudərə kəndi, Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi və Batabat məntəqəsi müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.