Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 1992 10:01

Müdafiə Nazirliyinin məlumatı

QAZAX

Gecə Məzəm və Aşağı Əskipara kəndləri Ermənistan tərəfdən atəşə tutulub.

TOVUZ

Sakitlikdir.

AĞSTAFA

Sentyabrın 13-də saat 18:30-21:00 qədər Köhnə Qışlaq kəndi minaatanlardan və toplardan atəşə tutulub. Cavab verilir.

GƏDƏBƏY

Sakitlikdir.

QUBADLI

Bütün gecəni rayonunun sərhəd kəndləri Ermənistanın Gorus rayonunun Tex və Kornidzor istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.


ZƏNGİLAN

Gecə Qazançı, Yuxarı Yeməzli, Pirveyis kəndləri Qafan istiqamətindən müxtəlif növ silahlardan atəşə tutulub. 1 nəfər həlak olub. 2 nəfər yaralanıb.

NAXÇIVAN

Sentyabrın 13-də saat 12:00-16:00-a qədər Şahbuz rayonunun Şada və Batabat müdafiə məntəqələri atəşə tutulub. 1 nəfər həlak olub, 5 nəfər yaralanıb. Sədərək qəsəbəsi  ara-sıra atəşə tutulub.

AĞDAM

Bütün cəbhə boyu atışmalar mövcuddur. Erməni işğalçılarının Mehmanə kəndinə hücumu tamamilə dəf olunub. Düşmən xeyli itki verərək geriyə çəkilməyə məcbur olub. Bizimkilərdən 5 nəfər həlak olub, 10 nəfərdən artıq yaralanıb. Xanabad istiqamətində düşmənin 3 döyüş mövqeyi darmadağın edilib.


FÜZULİ

Sakitlikdir.
 
CƏBRAYIL

Sakitlikdir.

AĞDƏRƏ

Sakitlikdir.

KƏLBƏCƏR

Sakitlikdir.