Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 14-nə keçən gecə döyüş bölgələrində vəziyyət əsasən dəyişməmişdir. Ağdam istiqamətində erməni hücumunun qarşısı alındıqdan sonra cəbhə boyu mövqelərdə atışma gedir. Dünən, sentyabrın 13-də erməni ekspedisiya korpusunun Ağdərə rayonunun azad edilmiş məntəqələrindən olan Mehmanə kəndinə həmləsi tamamilə dəf olunub. Düşmən xeyli itki verərək geriyə çəkilməyə məcbur olub. Azərbaycan Ordusunun  5 əsgəri şəhid olub, 10 əsgəri yaralanıb. Topçularımızın sərrast atəşilə Xanabad istiqamətində ermənilərin üç döyüş mövqeyi darmadağın edilib.
Ötən axşam gecə bir çox sərhəd bölgələrimiz düşmən atəşinə məruz qalıb. Qazax rayonunun Məzəm və Aşağı Əskipara, Ağstafanın Köhnə Qışlaq, sərhəd kəndləri, Zəngilanın Qazançı, Yuxarı Yeməzli, Pirveyis kəndləri çeşidli silahlardan atəşə tutulub.
Dünən, sentyabrın 13-də saat 12-16 arasında  Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şada və Batabat müdafiə məntəqələri Ermənistan ərazisindən atəşə tutulub. Nəticədə 1 nəfər həlak olub, 5 nəfər yaralanıb. Sədərək qəsəbəsi  axşam və gecə boyu ara-sıra atəşə tutulub.
Digər bölgələrdə nisbi sakitlikdir.