Sentyabrın 12-də ordumuzun Qubadlı bölgəsindəki hissələri Laçın istiqamətində kəşfiyyat xarakterli hücum əməliyyatı aparıb, düşmənin xeyli canlı qüvvəsini məhv ediblər.
Bu gün Moskvanın teleinformasiya proqramları erməni mənbələrinə istinad edərək bu hadisəni başqa cür yozmuşlar. Novosti saat 9-da və 12-də xəbər verdi ki, Azərbaycan Ordusu bu əməliyyat nəticəsində 4 ədəd zirehli texnika və 50-yə yaxın əsgər itirmişdir. Vesti isə saat 14-də bu rəqəmi hətta 60-a qaldırmışdı. Cəbhə xəttindən aldığımız məlumata görə əməliyyat zamanı biz tərəfdən 2 nəfər həlak olub, bir neçə əsgərimiz yaralanıb.