Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Erməni ekspedisiya korpusunun yeni hücum cəhdləri boşa çıxıb. Azərbaycan Ordusunun döyüşçüləri düşmənin Mehmanə istiqamətindəki həmlələrini dəf ediblər. Topçularımız Naxçıvanikdə düşmənin xeyli canlı qüvvəsini məhv ediblər.
Sentyabrın 15-nə keçən gecə Cəbrayıl rayonunun Quşçular kəndi düşmən tərəfindən atəşə tutularkən 2 əsgərimiz yaralanıb. Düşmənə cavab atəşi açılıb.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Dünən axşam Zəngilan rayonunun ərazisini “Qrad” qurğularından atəşə tutublar. Dağıntı var. Ötən gecə və bu gün rayonun Qazançı, Seyidlər, Ağkənd, Gün Qışlaq kəndləri də atəşə tutulub. Laçın rayonu Güləbird, Suarası kəndlərinin atəşə tutulması nəticəsində 1 nəfər yaralanıb.
Ötən gecə erməni quldur dəstələri daha bir cinayət törətmişlər. Onlar Şahbuz rayonunun Biçənək kəndinə basqın edərək burada qarətlər törətmiş, 3 dinc sakini, o cümlədən bir qadını qətlə yetiriblər. Bu cinayəti törədən azğın quldurlar Ermənistan ərazisinə qaçıblar. Ötən gecə Naxçıvan MR-nın Sədərək qəsəbəsi də ara-sıra atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.