Bu gün səhər saat 10:00-da Ermənistan radiosunun “Xəbər” agentliyinin verdiyi məlumata görə sentyabrın 15-nə keçən gecə və səhər 10 radələrinə qədər İcevan, Noyemberyan, Gorus, Vardenis rayonlarında sakitlik olub. Qafan rayonununda aparılan kəşfiyyat nəticəsində məlum olmuşdur ki, keçən 3 gün ərzində ara-sıra atışmalar olmuşdur. Bu gün tezdən Tovuz rayonunun ərazisində başlanmış atəş gecə və bu gün səhərə qədər davam etmişdir. Bu gün sərhəd postları da atəşə tutulmuşdur.
Vaynk İcraiyyə Komitəsinin sədri Tolmanyan məlumat vermişdir ki, gecə saat 1-3-ə qədər Xıdzoruq döyüş postları atəşə tutulmuşdur. Ölən və yaralanan yoxdur.
Naxçıvan və Ermənistan Ali Məclisinin nümayəndələri arasında görüş keçiriləcək. Bu görüşdə Azərbaycanla-Naxçıvan dəmir yolunun Ermənistan ərazisindən (Meqre ş.) açılması məsələsinə baxılacaq.