Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

AĞDAM: Dünən saat 21-24 arasında ermənilər Qarakənd, Abdal, Gülablı, Qaraqaya istiqamətlərindən Ağdam şəhərini və bütün mövqelərimizi atəşə tutub. Qarakənd və Gülablı tərəfdən ermənilərin hücum cəhdləri dəf olundu. Ağdamda xeyli dağıntı var. Qarakənd, Naxçıvanik və Əsgəran istiqamətlərində çox sayda canlı qüvvə, texnika cəmləşməsi müşahidə olunur. Hətta ehtiyatların vertolyotlarla daşınması halları var. Hal-hazırda sakitlikdir.
TOVUZ: Sentyabrın 16-na keçən gecə Tovuzun Əlibəyli kəndi Ermənistan tərəfdən atəşə tutulub. Bir nəfər yaralanıb.
QAZAX: Sakitlikdir.
AĞSTAFA: Sakitlikdir.
ZƏNGİLAN: Ötən gecə rayonun Qazançı, Şükürataz məntəqəsi Ermənistanın ərazisindən müxtəlif növ silahlardan atəşə tutulub. Seyidlər kəndi istiqamətində Qafandan gəlmiş bir dəstə erməni əsgərləri cəmləşir.
FÜZULİ: Sakitlikdir.
CƏBRAYIL: Sakitlikdir.
NAXÇIVAN: Gecə Batabat postu və Sədərək qəsəbəsi yüngül silahlardan atəşə tutulub. Təlafat yoxdur. Gecə saat 3-4 arasında Naxçıvanın özündə naməlum şəxslər atışma törədiblər.
QUBADLI: Sakitlikdir.
GƏDƏBƏY: Sakitlikdir.
AĞDƏRƏ: Vəziyyət dəyişməyib.