Ağdam cəbhəsində vəziyyət gərgin olaraq qalır. Dünən axşam ermənilər Ağdam şəhərini və rayondakı mövqelərimizi atəşə tutublar. Ağdamda xeyli dağıntı var. Düşmənin Qarakənd və Gülablı istiqamətindən hücumları döyüşçülərimiz tərəfindən dəf olunub. Ermənilərin Qarakənd, Naxçıvanik və Əsgəran istiqamətlərində xeyli canlı qüvvə və texnika toplanması müşahidə olunur. Bu məqsədlə vertolyotlarlan istifadə olunur.
Qarabağın şimalında mövqe döyüşləri davam edir.
Ermənistanla sərhəd bölgələrimiz yenə də atəşə tutulur. Ötən gecə Zəngilan rayonunun Qazançı, Şükürataz məntəqələri, Tovuz rayonunun Əlibəyli, Naxçıvan MR-nın Batabat postu və Sədərək qəsəbəsi Ermənistan ərazisindən müxtəlif silahlardan atəşə tutulub. Tovuz rayonunda 1 nəfər yaralanıb.
Digər münaqişə zonalarında nisbi sakitlikdir.