Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 1992 17:00

Müdafiə Nazirliyinin məlumatı

Qarabağın şərqində - Ağdam cəbhəsində vəziyyət gərgin olaraq qalır. Dünən sentyabrın 15-i axşam ermənilər Ağdam şəhərini və bölgədəki bütün mövqelərimizi atəşə tutublar. Dağıntı var. Düşmənin Qarakənd, Gülablı kəndləri istiqamətindən növbəti hücumu döyüşçülərimiz tərəfindən dəf edilib. Qarakənd, Naxçıvanik və Əsgəran istiqamətlərində ermənilərin xeyli canlı qüvvəsinin və  hərbi texnikasının toplanması müşahidə olunur. Düşmən bu məqsədlə vertolyotlardan istifadə edir.
Qarabağın şimalinda isə mövqe döyüşləri davam edir.
Ermənistanla sərhəd bölgələrimizdəki yaşayış məntəqələri yenə də atəşə tutulur. Ötən gecə Zəngilan rayonunun Qazançı, Şükürataz kəndləri, Tovuz rayonunun Əlibəyli kəndi, Naxçıvan MR-nın Sədərək qəsəbəsi və Batabat məntəqəsi müxtəlif silahlardan atəşə tutulub. Tovuz rayonunda bir nəfər yaralanıb. Bu gün isə yenə də Zəngilanın Seyidlər, Günqışlaq, Ağkənd, Qazançı kəndləri, Naxçıvan MR-nın Sədərək qəsəbəsi də ara-sıra atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.