Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Sentyabr 1992 09:00

Müdafiə Nazirliyinin məlumatı

QAZAX: Sakitlikdir.

TOVUZ: Nisbi sakitlikdir.

AĞSTAFA:  Sakitlikdir.

GƏDƏBƏY: Gecə nisbi sakitlik olub. Ara-sıra xırda atışmalar olub.

QUBADLI:
Dünən Güləbird kəndi Kornidzor kəndi tərəfdən DŞK və BTR-dən atəşə tutulub. Suarası tərəfdə ermənilərin çoxlu texnikası toplaşması müşahidə olunur.

ZƏNGİLAN: Sakitlikdir.

CƏBRAYIL: Sakitlikdir.

FÜZULİ: Sakitlikdir.

AĞDAM: Əməliyyat gedir. Saat 10:00-da efirə çıxın. Çuxurməhlə baş leytenant İsmayılov: Xanabad istiqamətində saat 4-dən hücum əməliyyatı başlamışdır. Fərrux dağlarının yüksəkliklərini tutmaq üzrəyik.

NAXÇIVAN: Gecə saat 24-dən başlayaraq Babək rayonunun Gərməçataq müdafiə postu hərbi texnika və ağır silahlardan atəşə tutulub. Dağıntı var. Təlafat yoxdur. Gecə Sədərək qəsəbəsi yüngül və ağır silahlardan atəşə tutulub. Təlafat yoxdur.

KƏLBƏCƏR: Sakitlikdir.