Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 1992 17:00

Müdafiə Nazirliyinin məlumatı

GƏDƏBƏY: Səhərdən başlayaraq Ermənistanla sərhəd boyu atışmalar gedir. Krasnoselsk istiqamətindən Mutudərə, Mormor, Novoivanovka kəndləri və mövqelərimiz müxtəlif növ ağır silahlardan güclü və arasıkəsilməz atəşə tutulur. Düşmənə tutarlı cavab verilir. (Krasnoselsk yanır, od içindədir).

QUBADLI: Sakitlikdir.

ZƏNGİLAN:
Qazançı, Ağkənd, Seyidlər Qafandan atəşə tutulur.

NAXÇIVAN:
Nisbi sakitlikdir.

FÜZULİ: Tutduğumuz mövqelərdə möhkəmlənirik. Srağagün briqadanın komandir müavini polkovnik Xəlifə Aslan oğlu Səfərov həlak olub.

CƏBRAYIL:
Sakitlikdir.

KƏLBƏCƏR: Hocaz uğrunda döyüş gedir. Güman var ki, ermənilər mühasirədən çıxa bilməyəcəklər və kənddə hündürlüyü ələ keçirəcəyik.

AĞDAM: Saat 14:00-dan sonra Qaraqaya istiqamətindən Şelli atəşə tutulub. Xanabadda ermənilərin 2 Kamaz maşını vurulub. Dünən axşam ermənilərin Xramorta hücumu dəf olunub.  Bizdən 2 nəfər yaralanıb.

AĞDƏRƏ: 19-21 sentyabrda gedən döyüşlərdə Vaquas ətrafındakı strateji əhəmiyyətli yüksəkliklər ermənilərdən tam təmizlənib. Bölmələrimiz (minaatan batareya və XTPD polku) 100-ə qədər məhv edib (50-ə yaxın yaralanıb). Tank, QAZ-66 maşını, 2 BMP məhv edilib.

Qazax, Ağstafa, Tovuz
– sakitlikdir.