Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Qarabağ ərazisində Müdafiə və Daxili işlər Nazirliyi qoşunlarının erməni mövqelərinə həmlələri davam etdirilir. Bu həmlələrin qarşısını ala bilməyən düşmən sərhəd bölgələrində gərginlik yaratmağa çalışır. Dünən axşam Qubadlı şəhəri Gorus istiqamətindən toplardan və “Qrad” qurğularından atəşə tutulub. Eyni zamanda döyüşçülərimizin mövqeləri də zəbt edilmiş, Mazutlu kəndi istiqamətindən atəşə tutulub. Cavab atəşilə düşmənin 1 PDM-i, 2 avtomaşını və 20-ə qədər əsgəri məhv edilib.
Ötən gecə Zəngilan rayonunun Ağkənd, Qazançı, Seyidlər, Yuxarı Göyəli, Şükürataz kəndləri Ermənistan ərazisindən atəşə tutulub.
Düşmən Qarabağın dağlıq hissəsində də müqavimət göstərir. Ötən gecə Ağdam cəbhəsində ara-sıra atışmalar gedib. Ermənilər Ağdərə rayonunun Ketavan və Vaquas kəndlərini də güclü atəşə tutublar. Cavab atəşilə düşmən susdurulub.