Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Qarabağ ərazisində Müdafiə və Daxili İşlər Nazirlikləri qoşunlarının erməni mövqelərinə həmlələrini davam etdirirlər. Bu həmlələrin qarşısını ala bilməyən düşmən sərhəd bölgələrində gərginlik yaratmağa çalışırlar. Dünən axşam Qubadlı rayonunun ərazisi Gorus istiqamətindən toplardan və “Qrad” qurğularından atəşə tutulub. Eyni zamanda döyüşçülərimizin mövqeləri də zəbt edilmiş Mazutlu kəndi istiqamətindən atəşə tutulub. Cavab atəşilə düşmənin 1 PDM-i, 2 avtomaşını və 20-ə qədər əsgəri məhv edilib.
Ötən gecə və bu gün Zəngilan rayonunun Ağkənd, Qazançı, Seyidlər, Yuxarı Göyəli, Şükürataz kəndləri Ermənistan ərazisindən atəşə tutulub. Bu səhərdən başlayaraq Tovuz rayonunun Muncuqlu kəndi və Gədəbəyin sərhəd boyu məntəqələri də düşmən atəşinə məruz qalıb.
Düşmən Qarabağın dağlıq hissəsində də müqavimət göstərir. Ötən gecə və bu gün Ağdam cəbhəsində ara-sıra atışmalar gedib. Ermənilər Ağdərə rayonunun Ketavan və Vaquas kəndlərini, Füzuli rayonunun ərazisini və Cəbrayıl istiqamətindəki Sur kəndini də güclü atəşə tutublar. Cavab atəşilə düşmən susdurulub. Laçın rayonunun Hocaz kəndi ətrafındakı gərgin döyüşlər davam edir.