QUBADLI: Fərəcan kəndi Laçının ermənilər tərəfindən işğal olunmuş kəndlərindən müxtəlif növ silahlardan atəşə tutulub.
TOVUZ: Axşam saat 19:15-dən Ermənistanın Krasnoselsk rayonunun Qələncə kəndindən avtomat və pulemyotlardan saat 21:10-dək atəşə tutulub. Təlafat yoxdur. Hazırda sakitlikdir.
QAZAX: Nisbi sakitlikdir.
AĞSTAFA: Sakitlikdir.
GƏDƏBƏY: Nisbi sakitlikdir.
KƏLBƏCƏR: Sərhəd boyu sakitlikdir. Hocaz kəndi uğrunda döyüşlər davam edir. İtkilərimiz var. Təpəliklərdə ermənilər çoxlu itki veriblər. Onların 2 PDM-ni vurmuşuq.
ZƏNGİLAN: Axşam saat 22:30-dan 24-dək Saralıq-Xəşdad və Quyudərə-Xəşdad, Günqışlaq kəndləri top və iriçaplı pulemyotlardan Qafan rayonu ərazisindən atəşə tutulub. Səhər saat 05-dən 07-dək Seyidlər və Qazançı Qafan rayonu ərazisindən top atəşinə tutulub. Dağıntı var. Hazırda sakitlikdir.
CƏBRAYIL: Axşam 1 əsgərimiz Banazur postunda snayper silahı ilə başından vurulub. (Məmmədov Ram Əşrəf oğlu). Hazırda Şişdağ əməliyyatı gedir. İrəliləyirik. Digər məntəqələrdə sakitlikdir.
FÜZULİ: Axşam sakit keçib. İndi işimiz var.
NAXÇIVAN: Tam sakitlik olub.
AĞDAM: Axşam tam sakitlik olub. Səhər 05-dən döyüş başlayıb. Bütün cəbhə boyu güclü döyüşlər gedir.
(Çuxurməhlə) – Gecə Çeşlidə bizim 1 maşını vurublar. 2 nəfər içində şəhid olub – mülki şəxs, 2 nəfər əsgər yaralanıb. Neftbazanın yanınacan ermənilər gəliblər. Bizimkilər onları qovublar. Hazırda döyüşlər Fərrux meşələrində gedir. Döyüş üstünlüyü bizdədir.
AĞDƏRƏ: Vaquasın cənub hissəsində ayrı-ayrı qruplarla döyüş gedir. Çıldıranda da döyüşlər gedir. Vaquasa tam nəzarət edirik.