Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan ordusu arasında bütün cəbhə boyu gərgin döyüşlər gedir. Bu gün səhər tezdən Ağdam cəbhəsində döyüşlər yenidən şiddətlənib. Ötən gecə Cinlidə bizim 2 nəfər döyüşçümüz şəhid olub, 2 nəfər yaralanıb. Qarabağın cənubunda ordumuzun Füzuli və Cəbrayıl bölmələri döyüş əməliyyatlarını davam etdirirlər. Banazur yaxınlığında 2 nəfər əsgərimiz şəhid olub. Döyüşçülərimiz Ağdərə rayonunda döyüş əməliyyatlarını davam etdirirlər. Hazırda döyüşlər Vaquasın cənubunda gedir.
Ermənistanla sərhəd bölmələrimizdə vəziyyət gərgin olaraq qalır. Laçın rayonunun Hocaz kəndi uğrunda döyüşlər davam edir. Burada düşmənin 2 PDM-i və xeyli canlı qüvvəsi məhv edilib. Dünən axşam erməni silahlı birləşmələri dövlət sərədimizi havadan və qurudan pozaraq Hocaz məntəqəsi ətrafındakı mövqelərimizə vertolyotlardan və piyada qüvvə vasitəsilə zərbə endirmişlər.
Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər bölmələri bu yeni təcavüzkarlıq cəhdini dəf etmişlər. Ötən axşam Ermənistan ərazisindən Tovuz rayonunun ərazisi avtomat və pulemyotlardan, Zəngilanın Saralıq-Xəşdad və Quyudərə-Xəşdad, Günqışlaq kəndləri top və iriçaplı  pulemyotlardan, Laçının Fərəcan kəndi isə müxtəlif növ silahlardan atəşə tutulub. Bu gün səhər tezdən Zəngilanın Seyidlər və Qazançı kəndləri də Qafan rayonu ərazisindən top atəşinə tutulub. Dağıntı var.
Qazax, Ağstafa, Gədəbəy rayonlarında və Naxçıvan MR-da nisbi sakitlikdir.