Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 1992 17:00

Müdafiə Nazirliyinin məlumatı

Ağdam cəbhəsi boyu bütün istiqamətlərdə döyüşlər davam edir. Xocalı rayonu Fərrux kəndi yaxınlığındakı yüksəkliklər qoşunlarımızın nəzarəti altındadır. Bu gün sentyabrın 24-də Xanabad istiqamətində şiddətli döyüşlər zamanı 10 əsgərimiz yaralanıb və Qatır Məmməd adına alayın batalyon komandiri mayor Cəbrayıl Cəbrayılov qəhrəmancasına həlak olub. Allah rəhmət eləsin.
İgid döyüşçülərimiz düşməndən komandir qanının qisasını aldılar, ermənilərin 50-ə yaxın yaraqlısını və 1 yük avtomaşınını məhv etdilər.
Ağdərə bölgəsində xeyli şiddətlənən döyüşlər hal-hazırda Vaquas və Çıldıran kəndlərindən cənubda gedir. Milli Ordumuzun Laçın rayonunun şimal hissəsində vuruşan bölmələri Hocaz dağı uğrunda döyüşləri davam etdirirlər.
Sərhəd bölgələrimizdə ötən gecə və bu gün əsasən sakit keçib. Dünən, sentyabrın 23-də saat 22-dən başlayaraq Tovuz rayonu Ağdam kəndinin gözətçi məntəqəsi yüngül silahlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.