Döyüşlərin getdiyi bölgələrdə ötən gün ərzində elə bir dəyişiklik olmayıb. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu düşmən qüvvələrinin hücumlarını fədakarlıqla dəf edir.
Bir neçə gündür ki, Laçın rayonundakı Hocaz dağ yüksəkliyi uğrunda döyüşlər gedir.
Ağdam və Ağdərə bölgələrində toplaşan Ermənistan ekspedisiya korpusunun mövqeləri atəşə tutulur. Döyüşçülərimiz Fərrux kəndi səmtindəki mövqelərdə möhkəmlənirlər. Xanabad və Çıldıran cəbhəsində döyüşlər gedir.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalır. Dünən axşam Gədəbəy rayonunun Mormor, Tovuz rayonunun Əlibəyli, Zəngilan rayonunun Seyidlər, Ağkənd, Qazançı, Günqışlaq kəndləri Ermənistan ərazisindən müxtəlif silahlardan atəşə tutulub. Bütün istiqamətlərdə düşmən cavab atəşilə geri oturdulub.
Digər bölgələrdə nisbi sakitlikdir.