Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan, Rusiya və Ermənistan Müdafiə nazirlərinin iştirakı ilə Soçidə əldə edilmiş razılığa əsasən sentyabrın 25-də münaqişə zonalarında atəş dayanmalı idi. Lakin Ermənistan tərəfi bu yeni razılığa əməl etmək istəmədiyini  nümayiş etdirir.
Dünən, sentyabrın 25-də axşam Ağdam şəhəri və rayonun münaqişə zonasında yerləşən kəndləri Ermənistan ekspedisiya korpusunun bölmələrinin mövqelərindən “Qrad” tipli qurğulardan, tank və toplardan atəşə tutulub. Dağıntı var. Dünən axşam Qazax rayonunun Fərəhli və Şıxlı, Gədəbəyin Mormor kəndi, Tovuzun Ağdam və Əlibəyli kəndləri atəşə məruz qalıb. Sentyabrın 26-na keçən gecə, saat 1 radələrində Qazaxın Fərəhli, Gədəbəyin Mutudərə kəndləri Ermənistan ərazisindən güclü atəşə tutulub. Bu gün səhər saat 7-də Kəlbəcər rayonunun Söyüdlü məntəqəsinin  Ermənistan ərazisindən atəşə tutulması nəticəsində biz tərəfdən 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.