Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 1992 15:00

Müdafiə Nazirliyinin məlumatı

AĞDƏRƏ: Çıldıran ətrafında döyüşlər gedir.  Bütün məlumat Drabondadır.

AĞDAM: Hal-hazırda Fərrux yaxınlığında qızğın döyüşlər gedir. İtkilərimiz haqqında dəqiq məlumat yoxdur. Digər istiqamətlərdə hələlik nisbi sakitlikdir. Kətikdən Şelliyə toplardan atırlar.
Səhərə yaxın ermənilər hücum cəhdi etmişlər. Geri oturtduq. Səhərdən bizim mövqelərimizi top və tanklardan atəşə tuturlar. Biz də 2 tankını vurduq. Hal-hazırda atışma Xanabad-Əsgəran istiqamətlərində gedir.

QUBADLI: Saat 14-də Ermənistanın Şurnux kəndindən Topumlu kəndi artilleriya atəşinə tutulub. İki ev yanıb.

GƏDƏBƏY: Gecə Mutudərə atəşə tutulub. Mormora top və PDM-dən atəş açılır. Biz də Krasnoselskə cavab atəşi açırıq.

ZƏNGİLAN: 12-04 arasında Qazançı, Seyidlər kəndləri və Şükürataz yüksəkliyi atəşə tutulub. Qazançıda bir nəfər yaralanıb. Sonrası sakit keçib.

TOVUZ: Axşam və gecə Ağdam, Əlibəyli və Hacalı kəndləri avtomat və pulemyotlardan atəşə tutulub. İtki olmayıb.  

Nazirin qəbul otağından: Şəmşəddin rayonunun Şivarşar kəndindəki mövqeyə ermənilər 4 tank, 2 PDM, Razmin Vasilyanın komandanlığı altında 2-ə yaxın yaraqlı çıxıb.

QAZAX: Hələlik sakitlikdir. Ermənilər sərhəddə qüvvə, o cümlədən texnika cəmləşdirirlər.

AĞSTAFA:
Saat 11 radələrində Paravakar tərəfdən Ağstafanın özünə mərmi atılıb. Göydə partladığına görə elə bir dağıntı olmayıb. Sərhəd boyu ermənilərin qüvvə, o cümlədən texnika cəmləşməsi müşahidə olunur. Vəziyyət gərgindir.

FÜZULİ: Sakitlikdir.

CƏBRAYIL: Sakitlikdir

KƏLBƏCƏR: Əlaqə yoxdur.

NAXÇIVAN: Sakitlikdir