Atəşin dayandırılmsı haqqında razılığın əldə olunmasına və Azərbaycan tərəfinin bu razılığa ciddi əməl etməsinə baxmayaraq Ermənistan tərəfi, xüsusilə Qarabağdakı Ermənistan ekspedisiya korpusunun bölmələri mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edirlər.
Dünən axşam Qazax rayonunun Məzəm, Quşçu-Ayrım kəndləri Ermənistan ərazisindən müxtəlif silahlardan atəşə tutulub.
Düşmən qüvvələri Qarabağ ərazisində daha çox həyasızlıq edir, öz hərəkətləri ilə bağlanmış sazişə əməl etməyəcəklərini bildirirlər. Ötən gecə Əsgəran və Gülablı istiqamətindən Ağdam şəhəri və rayonunun Şelli, Xıdırlı top atəşinə məruz qalıb. Mövqelərimizin Xanabad istiqamətindən atəşə tutulması nəticəsində əsgərlərimizdən bir nəfər yaralanıb.
Ermənilər Ağdərə bölgəsində də ordumuzun mövqelərinə atəş açırlar. Belə getsə döyüşçülərimiz cavab tədbirləri görmək məcburiyyətində qalacaqlar. Cavab tədbirlərinin görülməsində bütün məsuliyyət erməni tərəfinin üzərinə düşür.