Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 1992 17:00

Müdafiə Nazirliyinin məlumatı

Soçidə əldə edilmiş atəşin dayandırılmsı haqqında sazişə tam əməl olunmasa da, artıq müəyyən sabitlik əldə olunmuşdur. Azərbaycan Silahlı Qüvvələri Komandanlığının tabeliyində olan bölmələr atəşin dayandırılmsı haqqında razılığa ciddi əməl edirlər.
Lakin erməni tərəfi həm sərhəd bölgələrində, həm də Qarabağ ərazisində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edirlər.
Sentyabrın 29-na keçən gecə Qazax rayonunun Ağköynək kəndi “Qrad” tipli qurğulardan Ermənistan ərazisindən atəşə tutulub. Dünən axşam Zəngilanın Seyidlər kəndi atəşə məruz qalıb. Ötən gecə isə Cəbrayıl rayonundakı Quşçular postu ara-sıra atəşə tutulub.
Bu gün, sentyabrın 29-da Gədəbəy rayonunun sərhəd postlarının Ermənistanın Krasnoselsk rayonu tərəfindən atəşə tutulması nəticəsində 1 nəfər yaralanıb. Bu gün saat 14-dən başlayaraq Zəngilanın Şərikan, Ağkənd, Qazançı, Seyidlər kəndləri toplardan güclü atəşə tutulub. Qarabağın Cəbrayıl istiqamətində yerləşən Quşçular, Sur və Süleymanlı kəndləri də ara-sıra atəşə tutulur.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.