Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Tərtər

 

Drmbon kəndi ətrafında mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Hazırda atışma davam edir.

 

Ağdam

 

Avqustun 27-nə keçən gecə Abdal və Gülablı kəndləri Harov; Qalayçılar, Papravənd, Canyataq və Gülyataq kəndləri Sırxavənd, Kiçan; Ağdam şəhəri isə Xanabad istiqamətlərindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Yaralananlar var. Bütün hallarda düşmənə cavab atəşi açılıb.

 

Kəlbəcər

 

Vəziyyət dəyişməyib. Vaquas kəndindəki mövqelərimiz möhkəmlənir.

 

Füzuli

 

Avqustun 27-nə keçən gecə rayon ərazisi Tuğ kəndi istiqamətindən toplardan atəşə tutulub. Cavab atəşi açılıb. Dağıntı var. İtki yoxdur.

 

Cəbrayıl

 

Ötən gecə Cəbrayıl istiqamətində yerləşən Sur kəndi Hadrut ərazisindəki erməni mövqelərindən ara-sıra atəşə tutulub. Təlafat yoxdur.

 

Ağstafa

 

Keçən gecə Köhnə Qışlaq kəndi Ermənistan tərəfdən minaatanlardan və qumbaraatanlardan atəşə tutulub.

 

Qubadlı

 

Nisbətən sakitlik olub. Laçın və Qubadlının bir neçə sərhəd kəndi (Muradxanlı və Güləbird) ötən gecə ərzində Ermənistan istiqamətindən toplardan atəşə tutulub. Cavab atəşindən sonra düşmən susdurulub.

 

Təlafat olmayıb.

 

Naxçıvan

 

Muxtar Respublikanın Sədərək qəsəbəsi və Şahbuz rayonunun Batabat nəzarət məntəqəsi Ermənistan ərazisindən ara-sıra atəşə tutulub.

 

Qazax, Tovuz, Gədəbəy, Zəngilan bölgələrində gecə nisbətən sakit keçib.