Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri Yuxarı Qarabağın düşməndən təmizlənmiş məntəqələrində öz mövqelərini möhkəmləndirirlər. Azad edilmiş Drmbon kəndi ətrafında mövqe döyüşləri gedir.
Bütün cəbhə boyu mövqelərimizin və yaşayış məntəqələrimizin düşmən tərəfindən atəşə tutulması xeyli güclənmişdir. Avqustun 27-nə keçən gecə Ağdam şəhəri və rayonunun Abdal, Gülablı, Papravənd, Qalayçılar kəndləri, Ağdərə bölgəsindəki Canyataq, Gülyataq kəndləri, Füzuli rayonunun ərazisi, Cəbrayıl istiqamətində yerləşən Sur kəndi, Yuxarı Qarabağda yerləşən erməni mövqelərindən, Ağstafa rayonunun Köhnə Qışlaq kəndi, Laçın və Qubadlı rayonunun sərhəd kəndləri, Naxçıvan MR-nın Sədərək qəsəbəsi və Şahbuz rayonunun Batabat məntəqəsi Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Düşməni susdurmaq üçün cavab tədbirləri görülür.
Qazax, Tovuz, Gədəbəy, Zəngilan bölmələrində gecə nisbi sakit keçib.