Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dünən, avqustun 25-də Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan ekspedisiya korpusu hissələri aasında əsas etibarı ilə mövqe döyüşləri aparılmışdır. Ermənilərdən təmizlənmiş mövqelərə Ordumuzun bölmələri əvvəlki kimi nəzarət edirlər.
Avqustun 26-na keçən gecə Zəngilan rayonunun Ağkənd, Seyidlər və Qazançı kəndləri Ermənistanın Qafan rayonu ərazisindən, Füzuli rayonunun Gorazıllı kəndi və rayon mərkəzinin özü Yuxarı Qarabağdakı erməni mövqelərindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Milli Ordunun Füzuli bölmələrinin cavab tədbirləri nəticəsində düşmənin 1 tankı və 1 topu sıradan çıxarılıb.
Ağdam, Cəbrayıl, Qazax, Qubadlı rayonlarında və Naxçıvan MR-da gecə nisbətən sakit keçmişdir.