Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 1992 00:03

Müdafiə Nazirliyinin məlumatı

Qarabağın şimalında Azərbaycan Silahlı Qüvvələri Ermənistan ekspedisiya korpusu ilə şiddətli döyüşlər aparır. Avqustun 24-də axşam döyüşçülərimiz Ağdərə rayonunun cənub-şərqində yerləşən daha bir yaşayış məntəqəsini – Qazançı kəndini azad ediblər. Gülyataq, Mehmana, Drmbon yaxınlığındakı döyüşlərdə düşmənin 1 “Qrad” qurğusu, 1 PDM-i və döyüş sursatı ilə dolu 1 yük maşını məhv edilib.
Bu gün, avqustun 25-də Qarabağın cənub hissəsində - Aykistan, Edilli, Çartaz və Sur kəndləri ətrafında döyüşlər zamanı əsgərlərimiz düşmənin 1 tankını, 1 topunu və xeyli canlı qüvvəsini məhv ediblər.
Avqustun 25-nə keçən gecə topçularımız Laçın dəhlizindən keçmək istəyən ermənilərin 1 ZTR-ni və xeyli canlı qüvvəsini məhv ediblər. Silahlı Qüvvələrimiz Laçının Suarası və Xanalar kəndinə tam nəzarət edirlər. Gədəbəy bölgəsində yerləşən topçularımız bu gün bütün sərhəd boyu ermənilərin atəş nöqtələrini susdurublar. Burada da düşmənin 1 topu və xeyli əsgəri məhv edilib.
Ötən gecə Tovuz rayonunun Əlibəyli və Ağdam kəndləri Ermənistanın Berd rayonu ərazisindən, bu gün səhərdən isə Zəngilan rayonunun Qazançı və Seyidlər kəndləri, Qubadlı rayonunun sərhəd kəndləri Qafan rayonu ərazisindən, Naxçıvan MR-nın Sədərək qəsəbəsi, Ordubad rayonunun Soyuq postu və Şahbuz rayonunun Batabat kəndi müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Qazax, Ağstafa rayonlarında vəziyyət nisbətən sakitdir.