Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Zəngilan

 

Səhər saat 9-dan başlayaraq rayonun Qazançı və Seyidlər kəndi Ermənistanın Qafan rayonu ərazisindən iriçaplı pulemyotlardan, toplardan  və ZTR-lərdən atəşə tutulur. Cavab verilir. 1 nəfər yaralanıb.

 

Qubadlı

 

Səhər saat 08:30-dan 09:00-a qədər rayonun sərhəd kəndləri Ermənistanın Qafan rayonu ərazisindən atəşə tutulub. Cavab atəşi ilə düşmən sudurulub.

 

Füzuli

 

Bu gün günorta Füzuli istiqamətində, Edilli və Çartaz kəndləri ətrafında atışma nəticəsində düşmənin 1 tankı, 1 topu, 1 zabiti və 20 nəfər əsgəri məhv edilmişdir. İndi nisbi sakitlikdir.

 

Cəbrayıl

 

Sur kəndi istiqamətində günortaya yaxın ara-sıra atışma olub. Bir nəfər yaralanıb.

 

Ağdam

 

Gün ərzində erməni qüvvələri Sırxavənd istiqamətindən ətrafdakı postlarımızı (Orta Güneypəyə) atəşə tutub. Ötən gecə Qazançı kəndi azad olub.

 

Kəlbəcər

 

Gün ərzində Arutyunqomer istiqamətindən mövqelərimiz ara-sıra atəşə tutulub.

 

Gədəbəy

 

Bu gün sərhəd zolağı boyunca ermənilərin atəş nöqtələri susdurulur. Düşmənin 1 topu və 13 nəfər əsgəri məhv edilib.

 

Naxçıvan

 

Avqustun 25-nə keçən gecə Şahbuz rayonunun Batabat kəndi, Ordubad rayonunun Soyuq postu və Sədərək qəsəbəsi Ermənistan ərazisindən müxtəlif növ təyinatlı silahlardan atəşə tutulub. Təlafat yoxdur.