Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Tovuz

 

Ötən gecə saat 20:00-dan 03:00-dək Əlibəyli, Ağdam kəndləri Ermənistanın Berd rayonu ərazisindən avtomat, pulemyotlardan atəşə tutulur. Düşmən cavab atəşi ilə susdurulub.

 

Kəlbəcər

 

Döyüşlər Arutyunoqomer istiqamətində keçir.

 

Qubadlı

 

Avqustun 25-nə keçən gecə Laçın dəhlizində ermənilərin xeyli canlı qüvvəsi məhv edilmiş, 1 ZTR-i sıradan çıxarılmışdır. Suarası və Xanalar kəndi bütünlüklə döyüşçülərimizin nəzarəti altına keçib. Dünən erməniləri susdurmaq üçün Qafan ərazisində olan döyüş mövqeləri atəşə tutulub. Bundan sonra Zəngilan və Qubadlı rayonlarının düşmən tərəfindən atəşə tutulmasının qarşısı alınıb.

 

Zəngilan

 

Dünən Qubadlı istiqamətindən Qafan, Mehri atəşə tutulduqdan və düşmən susdurulduqdan sonra rayon ərazisində sakitlik olub.

 

Tərtər

 

Drombon bizim nəzarətimiz altındadır. Kənd ətrafında döyüşlər gedir.

 

Ağdam

 

Gülyataq, Canyataq və Maniklidə döyüş gedir. 2 yüksəklik və Qazançı alınıb. Düşmənin 1 Qrad qurğusu, 1 PDM-i, 1 yük avtomobili, 3 döyüş məntəqəsi, 20-dək yaraqlısı məhv edilib. Biz tərəfdən 2 nəfər həlak olub, 15 nəfər yaralanıb.