Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin Tərtər bölmələri Qarabağın şimalında hücum əməliyyatlarını davam etdirirlər. Hazırda döyüşlər Sərsəng su anbarının cənubunda gedir. Ordumuzun Ağdam bölmələrinin azad etdikləri Gülyataq, Canyataq, Ortagüneypəyə kəndləri ermənilər tərəfindən atəşə tutulmasına baxmayaraq döyüşçülərimiz düşmənin müqavimətini qırmaqda davam edirlər.
Qarabağın cənubunda yerləşən Azərbaycan Silahlı Qüvvələri avqustun 23-də ermənilərin Martunidəki hərbi sursat anbarını partlatmış, 1 tankı, 1 ZTR-i və üstündə top olan bir  avtomaşını məhv etmişlər.
Ötən gecə topçularımız daha bir tankı və 1 PDM-i sıradan çıxarmış, ermənilərin Martunidəki qərargahını da dağıtmışlar.
Avqustun 24-nə keçən gecə ermənilərin Laçın dəhlizi ilə hərbi sursatla dolu 20 maşından ibarət karvanının Yuxarı Qarabağa keçməsinin qarşısı alınıb.
Ötən gecə Tovuz, Gədəbəy və Zəngilan rayonlarının ərazisi, Ağdamın Abdal və Gülablı kəndləri güclü artilleriya atəşinə məruz qalıb. Təlafat və dağıntı var.
Qazax, Ağstafa, Kəlbəcər, Qubadlı, Cəbrayıl rayonlarında və Naxçıvan MR-da gecə nisbətən sakit keçmişdir.