Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Qazax

 

 Sakitlikdir.

 

Tovuz

 

Axşamdan səhərədək pulemyotlardan, snayperlərdən, avtomatlardan atıblar. Çinar kəndi istiqamətində 3 nəfər həlak olub, 3 nəfər yaralanıb.

 

Ağdam

 

1. Axşam 21-dən 2-dək Sıxavənd, Çıldıran kəndi istiqamətindən Gülyataq, Canyataq, Qalayçılar, Ortagüneypəyə ətrafında yerləşən sərhədlərimiz topdan, PDM və tanklardan atəşə tutulmuşlar.

 

2. Xromort, Şelli, Ərənzəmin sahəsində sakitlikdir.

 

3. Abdal, Gülablı zonası Azdur və Norşen istiqamətindən top, tank atəşinə tutulub. 1 nəfər hərbçi və 1 nəfər mülki şəxslər həlak olmuşlar. Saat 3-dən sakitlikdir.

 

Tərtər

 

 Döyüş davam edir. Drombon ətrafında vəziyyət gərgindir.

 

Zəngilan

 

Bütün sərhəd boyu ermənilər rayonu Qrad və toplardan atəşə tutublar. Rayon mərkəzində dağıntı var. 3 ev dağıdılıb, 7 nəfər həlak olub, 10 nəfər yaralanıb.

 

Cəbrayıl

 

Sakitlikdir.

 

Qubadlı

 

Sakitlikdir.

 

Gədəbəy

 

Ermənilər top və atıcı silahlardan, snayperlərdən atırlar. Mor-mor, Mutudərə arasında, aşırımın qabağındakı Kaftor dağının yarısına qalxmışıq.

 

Füzuli

 

Avqustun 23-də Azərbaycan SQ-nin Əmrallarda yerləşən bölmələri ermənilərin Martunidə (Xocavənd) hərbi sursat anbarını partlatmış, 1 ədəd T-72 markalı tank, bir zirehli texnikasını və üstündə top olan bir avtomaşını məhv etmişlər.

 

Ötən gecə düşmənin daha bir tankı və 1 PDM-i sıradan çıxarılmış, ermənilərin Martunidəki qərargahı dağıdılmışdır.

 

Laçın

 

Avqustun 24-nə keçən gecə təxminən 15-20 maşından ibarət olan hərbi sursat dolu maşın karvanı Laçın dəhlizindən keçmək istəmişlər. Topçularımız sərrast atəşlə düşməni geri dönməyə məcbur etmişlər.

 

Naxçıvan MR.

 

Sakitlikdir.