Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Milli Ordusunun Tərtər, Ağdam və Kəlbəcər bölmələrinin birgə əməliyyatları nəticəsində dünən avqustun 22-də Ağdərə rayonunun Drmbon, Mehmanə, Xatınbəyli və Orta Güneypəyə kəndləri düşmənlərdən tamamilə azad edilib. Hazırda SQ-miz Sərsəng su anbarının cənubunda möhkəmlənərək Ağdərə rayonunun Ermənistan ekspedisiya korpusu hissələrindən təmizlənməsi əməliyyatlarını davam etdirirlər.
Ermənistanın təcavüzü nəticəsində sərhəd bölgələrində də əmin-amanlıq bərpa olunmur. Dünən axşam və gecə Tovuz, Laçın, Zəngilan bölgələrinin Ermənistanla həmsərhəd kəndləri düşmən ərazisindən atəşə tutulub. Nəticədə 6 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Ötən gecə ermənilər Laçın rayonunun gözətçi məntəqəsinə hücum ediblər. Döyüşçülərimiz 4 qulduru məhv edərək bu həmlənin qarşısını almışlar.
Qazax, Ağstafa, Gədəbəy, Qubadlı, Cəbrayıl, Füzuli bölgələrində və Naxçıvan MR-da gecə nisbətən sakit keçib.