Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Tərtər

 

Bu gün saat 16:00-da Azərbaycan SQ-i Drmbon kəndini düşmənlərdən tam azad etmişlər.

 

Ağdam

 

Avqustun 22-də SQ-miz döyüş əməliyyatlarını davam etdirərək Manikli, Xatınbəyli, Orta Güneypəyə və Mehmanə kəndlərini işğalçılardan azad etmişlər. 5 strateji əhəmiyyətli yüksəklik bizimkilər tərəfindən tutulub. Ermənilərin 10 əsgəri və 2 topu məhv edilib. Biz tərəfdən 1 nəfər həlak olub, 6 nəfər yaralıdır.

 

Tovuz

 

Saat 14:00-da Ağdam zastavası avtomat və pulemyotlardan atəşə tutulub. Bir nəfər Hümbətov Yunis Rəşid oğlu yaralanıb.